“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya
Rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən 3 aylıq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək. Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel ayları ərzində Azərbaycan bankları tərəfindən emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində (mağaza, restoran və s.) quraşdırılmış POS-terminallarda minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər. Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində kart sahibinin bank hesabına daxil edilərək “cashback” şəklində təqdim olunacaq. Bu barədə kart hesabına xidmət edən bank tərəfindən müştərilər məlumatlandırılacaq.
Lotereyaya qoşulmaq üçün xüsusi müraciət tələb olunmur. Pos-terminal vasitəsilə minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir
Hər qalib 50 (əlli) manat məbləğində uduş məbləği əldə edəcək.
Lotereya 1 fevral 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək 3 tirajda təşkil ediləcəkdir. 1-ci tirajın uduş fondu 15 mart 2019-cu il, 2-ci tirajın uduş fondu 12 aprel 2019-cu il, 3-cü tirajın uduş fondu isə 15 may 2019-cu il tarixində oynanılacaqdır.