Mərkəzi Bank tərəfindən banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə 2013-cü ildən illik əsasda nominasiya müsabiqəsi keçirilir. Müsabiqə çərçivəsində statistik məlumatlar təhlil edilərək bankların illik fəaliyyətləri qiymətləndirilir və elan edilmiş nominasiya şərtləri üzrə daha yüksək göstəriciyə malik olan banklar mükafatlandırılır.