Azərbaycan Mərkəzi Bankı saxtakarlığa qarşı mübarizə sahəsində müvafiq dövlət orqanları ilə koordinasiyanın aparlıması, pul nişanlarının ekspertizası üzrə həyata keçirilən biznes proseslərin və informasiya axınlarının avtomatlaşdırılması və geniş analitik hesabatlığın formalaşdırılması, saxta pul nişanları üzrə ölkədə vahid məlumat bazasının yaradılması və bu məlumatlara real vaxt rejimində çıxış imkanının əldə olunması, eləcə də manatın mühafizə sisteminin daha da inkişaf etdirilməsi üçün tədqiqat potensialının formalaşdırılması məqsədilə “Saxta Pul nişanlarının Monitorinqi Sistemi”ni yaratmışdır.
2006-2025-ci illər üzrə saxta pul nişanlarını strukturu
2006-2025-ci illər üzrə saxta pul nişanlarını sayı
Saxta pulu mühafizə elementlərinə görə təyin et
10 MANAT nominallı kağız pul nişanı
Azərbaycan Mərkəzi Bankı yeni dizayna və beynəlxalq təcrübədə mövcud olan ən son mühafizə elementlərinə malik 10 manatlıq kağız pul nişanının yenilənmiş versiyasını təqdim etmişdir. Yenilənmiş 10 manatlıq pul nişanı mövcud milli pul nişanlarımızın həsr olunduğu “Müstəqil Azərbaycan” konsepsiyası çərçivəsində “Tarix” mövzusunu saxlamışdır.