Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankından (Mərkəzi Bank) və kredit təşkilatlarından ibarətdir.
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Mərkəzi Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir.

