Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli, 508 saylı Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda göstərilən tədbirlərin icrası çərçivəsində “Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı” hazırlanaraq təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Ödəniş Sistemi infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiq edilməsi üzrə Tədbirlər Planı
Bu standart, qurumların ardıcıl bir şəkildə istifadə etməyi qəbul etdikləri elə ümumi bir mesaj və dil vasitəsidir ki, qlobal miqyasda maliyyə qurumları arasında ödənişlərin klirinq və hesablaşmasının daha səmərəli təşkilinə imkan verir. Fərqli maliyyə bazarlarındakı iştirakçılara və sistemlərə (məsələn, ödəmələr, qiymətli kağızlar, xarici valyuta, kartlar) ödəniş mesajları daxilində qarşılıqlı əlaqəni və daha çox pul köçürmə məlumatını dəstəkləyən ardıcıl terminologiya və ya sintaksis istifadə edərək ünsiyyət qurmağa imkan verir. Hər kəsin istifadə edə biləcəyi və hər kəsin töhfə verə biləcəyi açıq bir standartdır.
Azərbaycanın əsas ödəmə infrastrukturu illərdir yaxşı performans üçün, eləcə də klirinq və hesablaşma dövrləri üçün yerli maliyyə sektorunu dəstəkləmişdir. Rəqəmsal texnologiyaların dəyişməsi, istifadəçi tələblərinin, yeni iştirakçıların və qlobal ödəniş sisteminin dəyişməsi Azərbaycan iqtisadiyyatına da təsir etmişdir. Ölkədə nağdsız ödəniş əməliyyatlarının effektivliyini artırmaq, ödənişlərdə avtomatik emal əmsalını yüksəltmək, hesablaşmaları daha qısa müddətə aparmaq üçün ISO 20022 standartının tətbiqi “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda prioritet hesab olunmuşdur.
Ödənişlər haqqında məlumatın genişləndirilməsi dedikdə, ödənişi alacaq sistemlərin hesablarında kommersiya fakturalarda olduğu kimi ödəniş məlumatının daxil olunmasını, uyğunlaşdırılması və uzlaşdırılmasını nəzərdə tutur.