Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanları 10 may 2023-cü il tarixindən tədavülə buraxılmışdır.