“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir.Kağız pul nişanının nominal dəyərinin ödənilməsinin müəyyən edilməsi məqsədilə hər bir nominalın ölçüsünə uyğun olaraq bərabər ölçülü 200 damalı cədvəldən istifadə olunur. Cədvəl vasitəsilə kağız pul nişanının saxlanılan hissələrinin sahəsi aşağıdakı kimi müəyyən edilir:
Nümunə üçün şəkil
Bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Nümunə üçün şəkil
Eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizindən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Nümunə üçün şəkil
Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir.
Pul nişanlarının dəyişdirmə məntəqələri
Bakı şəhəri üzrə:
Azərbaycan Respublikasının Mərkəzi Bankı İnzibati bina: Bülbül prospekti 27
İş saatı:
II, III, IV günlər: saat 10:00-13:00
Regionlar üzrə:
Yevlax Ehtiyat Mərkəzi: Biləsuvar Regional Mərkəzi:
İş saatı:
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Naxçıvan Muxtar Respublikası İdarəsi:
İş saatı:
Bazar ertəsi – cümə: saat 10:00 - 16:00
Qeyd: Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır.
Saxta pulu necə təyin etməli?
Pul nişanlarının orijinallığını yoxlamaq hər bir vətəndaşın maliyyə təhlükəsizliyi üçün vacibdir. Aşağıdakı linkə keçid edərək, real və saxta əsginasları necə fərqləndirməyi öyrənə bilərsiniz.
Qanunvericiliyə müvafiq olaraq tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi sübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanları kredit təşkilatları tərəfindən qəbul edilir və dəyişdirilir. Eyni zamanda, saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər. Əhalinin pul nişanlarının nominal strukturuna olan tələbatının ödənilməsi, eləcə də zədələnmiş pul nişanlarının dəyişdirilməsi məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət kassaları fəaliyyət göstərir.