IBAN - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 136161 beynəlxalq standartına uyğun olaraq yaradılan və maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir. Azərbaycanda bank hesab nömrələrinə IBAN-ın tətbiqinin məqsədi banklarda, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatorunda və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində (bundan sonra - maliyyə institutları) mövcud olan hesab nömrələrinin beynəlxalq standartlar əsasında unifikasiya olunmasıdır.
Standart bank hesab nömrəsi (IBAN) üzrə metodoloji rəhbərlik
Standart bank hesab nömrəsinin (IBAN) tətbiqi və istifadəsi ilə əlaqədar tez-tez verilən suallar
Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (ISO) tərəfindən müəyyən edilmiş ISO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.
Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsini təkmilləşdirmək, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsini yüksəltmək, bank hesablarının strukturundakı pərakəndəliyi aradan qaldırmaq və əməliyyat risklərini minimallaşdırmaqdır.
Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində yaradılmış İşçi Qrupu (İQ) tərəfindən IBAN layihəsinin tətbiqinə başlanılmışdır.