966

Toğrul Nəcəfəli oğlu Əliyev

Sədr müavini

Qəbul günləri:

Hər ayın son çərşənbə günü/saat 15.00-dan

Əlaqə:

(+994 12) 493-50-58

Doğum tarixi

1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

Təhsil

2004-cü ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsilə bitirmişdir.
 

2023-cü ildə Böyük Britaniyanın Şeffild Universitetini “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.

Karyera

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində başlamış, məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır.
 

2008-2009-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Pulların yuyulmasına qarşı fəaliyyət şöbəsində böyük mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirmişdir.
 

2009-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətində Məlumatların emalı şöbəsinin rəisi vəzifəsində işləmişdir.
 

2012-ci ilin aprel ayında Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Daxili Nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
 

2013-2019-cu illərdə Mərkəzi Bankın Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
 

2019-2024-cü illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri olaraq fəaliyyət göstərmişdir.
 

2020-ci ilin yanvar ayından 2024-cü ilin noyabr ayınadək Mərkəzi Bankın baş direktoru vəzifəsində işləmişdir.
 

2024-ci ilin noyabr ayının 7-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
 

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Həyatı

Ailəlidir, 2 övladı var.

Digər məlumatlar